İtaliyanın Alto-Adice bölgəsində dağlıq ərazidə qar uçqunu baş verib. Bu barədə ANSA məlumat yayıb.
İlkin məlumata görə, hadisə nəticəsində azı 2 nəfər həlak olub, 1 nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Qar altında isə təxminən 10 nəfərin qala biləcəyi ehtimal olunur.
Xilasetmə əməliyyatına 80-ə yaxın əməkdaş və 6 helikopter cəlb olunub.
Yaralı şəxs Avstriyanın İnnsbruk şəhərində yerləşən xəstəxanaya çatdırılıb, vəziyyəti ağır qiymətləndirilir. Axtarış-xilasetmə işləri davam edir.

