enesuelada Valensiya şəhəri yaxınlığında güclü zəlzələlər qeydə alınıb.
Bu barədə EMSC-nin mətbuat xidməti məlumat yayıb.
Seysmoloji xidmətlər yeraltı təkanların 6,2 və 7,1 maqnitudada olduğunu bildirib.
Zəlzələlər yerli vaxtla 22:04-də böyük yaşayış məntəqəsinin yaxınlığında qeydə alınıb. Təkanların ocağı 35 kilometr dərinlikdə yerləşib.
Hazırda xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.
Bununla yanaşı, mümkün sunami təhlükəsi ilə bağlı xəbərdarlıq elan edilib.

