Lənkəran rayonunun İstisu qəsəbəsində mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə vətəndaşlar itkin düşüblər.
Bu barədə DenMedia.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, “112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.
Xilasedicilər tərəfindən keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində çətin keçidli dağlıq-meşəlik ərazidə yolunu azaraq itkin düşən 8 nəfərin yeri müəyyən edilərək xilas edilib.
Axtarışlarda Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və kənd camaatı da iştirak edib.

