Nyu-Yorkda Empire State Building göydələninə çıxan rusiyalılar Angelina Nikolau və İvan Kuznetsovu ABŞ qanunvericiliyinə əsasən 10 ildən çox həbs cəzası gözləyə bilər. Bu barədə RIA Novosti-yə amerikalı vəkil Arkadi Bux bildirib.
Onun sözlərinə görə, irəli sürülən ittihamlar belə bir cəzanı nəzərdə tutur. Bununla belə, faktiki hökmün daha yüngül ola biləcəyi istisna edilmir.
“İrəli sürülən ittihamlar onların 10 ildən çox həbs cəzası ala biləcəyini göstərir. Amma düşünmürəm ki, hakim onlara bir neçə ildən artıq həbs versin”, — deyə Bux qeyd edib.
Vəkil bildirib ki, o, Angelina Nikolau və İvan Kuznetsovun maraqlarını təmsil etmir. Bux bu işdə iştirak etmədiyini və vəziyyəti yalnız kənar müşahidəçi kimi şərh etdiyini vurğulayıb.

