ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş analitiki Larry Johnson Venesuela prezidenti Nicolas Maduronun ABŞ-a aparılmasından sonra ölüm cəzası ilə üzləşməyəcəyini və mümkün razılaşma çərçivəsində üçüncü ölkəyə təhvil verilə biləcəyini istisna etməyib. O, bu fikirləri RIA Novosti-yə müsahibəsində səsləndirib.
Consonun sözlərinə görə, Maduro üçün nə ölüm hökmü, nə də ömürlük həbs real görünür. Ekspert hesab edir ki, qarşıdakı məhkəmə prosesi Vaşinqton üçün ciddi problemlər yarada bilər, çünki ittihamların dəlil bazası olduqca zəifdir.
“Məhkəmə ABŞ üçün əsl başağrısına çevrilə bilər. Maduroya qarşı irəli sürülən ittihamların bir hissəsi ümumiyyətlə məntiqsizdir. Məsələn, avtomatik silaha sahib olması ilə bağlı iddialar. Bəs nə olsun? O, ABŞ vətəndaşı deyil. Venesuela prezidenti kimi istəsə qumbaraatan da saxlaya bilər. Bu, tam absurddur”, — deyə keçmiş MKİ analitiki vurğulayıb.

