Nyu-York məhkəməsi reper Şon Kombsa (P. Diddy) qadınların fahişəlik məqsədilə daşınmasını təşkil etdiyi üçün 50 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verib. DenMedia.az xəbər verir ki, bu barədə New York Post xəbər yayıb.
Prokurorluq onun üçün 11 ildən çox həbs cəzası tələb edirdi, müdafiə tərəfi isə 14 ay həbs hökmündə israr edirdi.
“Məhkəmə qərarı ilə Şon Diddy Kombs 50 ay həbs cəzasına məhkum edildi”, – deyə məlumatda bildirilir.