ABŞ-ın Florida ştatında balıq tutan 71 yaşlı kişi timsah hücumu nəticəsində həyatını itirib.
CNN-in məlumatına görə, Stiven Hamilton Orlando şəhərindən təxminən 24 kilometr aralıda yerləşən göldə balıq tutarkən 3,5 metr uzunluğunda alliqatorun hücumuna məruz qalıb.
Cümə günü axşam saatlarında baş verən hadisə zamanı kişi aldığı ağır xəsarətlərdən həyatını itirib.
Mərhumun meyitinin axtarışı göldə başqa alliqatorların da olması səbəbindən çətinləşib. Xilasedicilər təxminən iki saat sonra meyiti aşkar ediblər.
Bildirilib ki, bu, Floridada cari ildə alliqator hücumu nəticəsində qeydə alınan ikinci ölüm hadisəsidir.
1948-ci ildən bəri ştatda alliqator hücumları nəticəsində 34 nəfər həyatını itirib.

