Mingəçevirdə 52 yaşlı kişi bədbəxt hadisə nəticəsində həyatını itirib.
Hadisə şəhər ərazisində qeydə alınıb.
Ağdam rayon sakini, 1974-cü il təvəllüdlü Rəşan Bəşirov yaşayış binasının pilləkənləri ilə aşağı enərkən qıcolma tutması nəticəsində huşunu itirib və yıxılıb.
Kişi aldığı kəllə-beyin travması nəticəsində həyatını itirib.

