Çin Tayvanın şərqində xüsusi dəniz əməliyyatına başladığını açıqlayıb. Bu barədə Xinhua agentliyi məlumat yayıb.
Mənbənin məlumatına görə, qərar Yaponiya və Filippin arasında aparılan danışıqlara cavab olaraq qəbul edilib.
Məlumatda bildirilib:
“Nəqliyyat Nazirliyi Tayvan adasının şərq sularında dəniz hərəkətinin təmin edilməsi üzrə xüsusi əməliyyatın keçirilməsini təşkil edib”.

