ABŞ-nin çərşənbə axşamı İranın cənub əyalətlərinə endirdiyi hava zərbələri nəticəsində azı 18 nəfər həyatını itirib, daha 108 sakin yaralanıb. Bu barədə İranın səhiyyə naziri Məhəmməd Rza Zəfərqəndi dövlət televiziyasının efirində bildirib. Bu rəqəmlər son məlumatlarda da təsdiqlənir.
Nazirin sözlərinə görə, zərbələr bir neçə əyaləti əhatə edib.
ABŞ Mərkəzi Komandanlığı İran ərazisindəki hədəflərə bir sıra hücumların həyata keçirildiyini təsdiqləyib. “Press TV”nin məlumatına görə, partlayışlar İranın cənub sahillərində, o cümlədən Qeşm adasında və bir sıra şəhərlərdə baş verib.
Buna cavab olaraq İran ABŞ-nin regiondakı hərbi obyektlərinə zərbələr endirib. Hücumların İordaniya, İraq və Bəhreyn də daxil olmaqla bir neçə ölkədəki ABŞ hərbi obyektlərini hədəf aldığı bildirilir.
ABŞ və İran arasında qarşılıqlı hücumların yenidən intensivləşməsi ilə regionda gərginlik daha da artıb.

