Tasnim agentliyinin məlumatına görə, iyulun 24-nə keçən gecə ABŞ qüvvələrinin İranın Xuzistan əyalətində yerləşən Əhvaz şəhərinə və ətrafına endirdiyi zərbələr nəticəsində 4 nəfər ölüb, 5 nəfər yaralanıb. Yaralılara tibbi yardım göstərilir.
Hücum ABŞ-nin İran ərazisinə endirdiyi ardıcıl 13-cü gecə zərbələrinin bir hissəsi olub. ABŞ Mərkəzi Komandanlığı əməliyyatların İranın kommersiya gəmiçiliyinə yaratdığı təhlükəni azaltmaq məqsədi daşıdığını açıqlayıb.
Əhvazla yanaşı, İranın cənubundakı Bəndər-Abbas şəhəri və Qeşm adası da hədəfə alınıb.
İraqla həmsərhəd olan Xuzistan İranın mühüm neft hasilatı bölgələrindən biridir. ABŞ və İran arasında davam edən qarşılıqlı hücumlar regionda gərginliyi daha da artırır.

