ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) “X” hesabında yaydığı məlumata görə, İranın hərbi obyektlərinə növbəti gecə zərbələri endirilib. Bu, ABŞ qüvvələrinin İrana qarşı həyata keçirdiyi ardıcıl 13-cü gecə hücumudur.
CENTCOM əməliyyatın İran İnqilabı Keşikçiləri Korpusunun kommersiya gəmiçiliyinə yaratdığı təhlükəni azaltmaq məqsədi daşıdığını bildirib.
İran dövlət mediasının məlumatına görə, Əhvaz şəhərinin kənarına endirilən zərbə nəticəsində 4 nəfər ölüb, 5 nəfər yaralanıb. Bəndər-Abbasa hücum zamanı isə 2 nəfərin xəsarət aldığı bildirilir.
Partlayış səslərinin Bəndər-Abbas, Qeşm adası, Omidiyyə, Əndimeşk, Firuzabad, Cask, Xürrəmabad və İranın digər bölgələrində eşidildiyi qeyd olunur. Bəzi ərazilərdə mümkün itkilər barədə məlumat verilməyib.

