Keçmiş UFC döyüşçüsü Həbib Nurməhəmmədovun Roskomnadzora 300 min rubl borcu olduğu bildirilir.
Bu barədə “Mash na sporte” məlumat yayıb.
Məlumata görə, Nurməhəmmədov internetdə reklam yayımına görə nəzərdə tutulan məcburi ödənişləri etməyib. Bu səbəbdən Həbibin bank hesablarının bloklanması riski yaranıb.
Qeyd olunur ki, Həbib Nurməhəmmədovun hesabları daha əvvəl də — 2024 və 2025-ci illərdə bloklanmışdı.
Xatırladaq ki, Həbib Nurməhəmmədov 2018-ci ilin oktyabrında UFC 229 turnirində Konor Makqreqoru məğlub edib. Döyüş dördüncü raundda başa çatmışdı.
Həbib son döyüşünü 2020-ci ilin payızında keçirib və UFC turnirində amerikalı Castin Getcini məğlub edib. Döyüşdən dərhal sonra o, peşəkar karyerasını başa vurduğunu açıqlayıb. Döyüşçü bu qərarını atasız döyüşməyəcəyi barədə anasına verdiyi sözlə izah etmişdi.
Karyerasını bitirdikdən sonra Nurməhəmmədov Eagle FC promouşenini yaradıb.
Konor Makqreqorun son döyüşü isə UFC 264 turnirində amerikalı Dastin Poryeyə qarşı olub. Görüş birinci raundda başa çatıb və irlandiyalı döyüşçü ayağını sındırıb.
Məlumata görə, Makqreqor 2026-cı ilin yanvarında yenidən Həbibi döyüşə çağırıb.

