ABŞ prezidenti Donald Tramp Ağ evdə idmançılar üçün təşkil olunan qəbul zamanı UFC-nin sabiq çempionu Həbib Nurməhəmmədovun nailiyyətlərini yüksək qiymətləndirib.
Bu barədə RIA Novosti məlumat yayıb.
Ağ evdə keçirilən tədbirdə UFC White House turnirinə hazırlaşan 14 döyüşçü iştirak edib.
Hamımızın tanıdığı xüsusi döyüşçü — Həbib. O, 29 döyüş keçirib və hamısında qalib gəlib, elə deyil? Castin Qeyci onun 29-cu rəqibi idi. Bu, ciddi döyüş idi, — deyə Tramp bildirib.
UFC White House turniri ABŞ-də 2026-cı il iyunun 14-də keçiriləcək. Həmin gün Donald Tramp 80 yaşını qeyd edəcək.
Gecənin əsas qarşılaşması yüngül çəkidə hazırkı çempion Ilia Topuria İlia Topuriya ilə müvəqqəti kəmər sahibi Castin Qeyci arasında titul döyüşü olacaq.

