Xəbər verdiyimiz kimi, ötən gecə Abşeron rayonunun Fatmayı kəndində dəhşətli qətl hadisəsi baş verib.
Mehdiabad qəsəbə sakini 1973-cü il təvəllüdlü Həşimov İftixar Nizami oğlu kənd sakini Kənan Məmmədov tərəfindən 6 bıçaq zərbəsi ilə qətlə yetirilib.
Den.az hadisə zamanı ölən İftixar Həşimovun fotosunu əldə edib.
Məlumat üçün bildirək ki, qətlin söyüş üstündə törədildiyi iddia olunur. Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Cinayəti törədən şəxs saxlanılıb və istintaq araşdırmaları davam etdirilir.
Hadisənin motivləri və arxasında dayanan səbəblərlə bağlı araşdırma aparılır. Əldə olunan ilkin məlumatlara əsasən, tərəflər arasında köhnə ədavətin olduğu da istisna edilmir.
Məlumat üçün bildirək ki, İftixar Həşimovun böyük oğlu Fərid Həşimov da ötən il avtomobil qəzasında ölüb. Faktla bağlı Abşeron rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
İftixar Həşimov