Abşeron rayonunun Saray qəsəbəsində ağır qətl hadisəsi baş verib.
DenMedia.az xəbər verir ki, 1974-cü il təvəllüdlü Payızova Əminə Murtuza qızı həyat yoldaşının qardaşı tərəfindən qətlə yetirilib. İlkin ehtimallara əsasən, hadisəyə səbəb torpaq üstündə yaranan mübahisə olub.
Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.
Qətl hadisəsinin təfərrüatları və motivləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
*****
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə hadisəni törətməkdə şübhəli bilinən 58 yaşlı Pərviz Məlikov saxlanılaraq istintaqa təhvil verilib.
Nizami Rəsulov