Azərbaycanda iyunun 26-da qanunsuz dövriyyədən 34 kiloqramdan çox narkotik vasitə çıxarılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində təxminən 34,2 kiloqram narkotik vasitə aşkar edilərək götürülüb.
Bundan başqa, hüquq-mühafizə orqanlarının əməkdaşları ümumi çəkisi 12,1 ton olan 41 622 ədəd yabanı halda bitən çətənə kolunu aşkarlayaraq məhv ediblər.

