Rusiyanın Taqanroq şəhərində ailə üzvlərinin qətlə yetirilməsindən sonra “Perexvat” əməliyyat planı elan edilib.
Bu barədə Baza Telegram kanalı məlumat yayıb.
Məlumata görə, hüquq-mühafizə orqanları həyat yoldaşının qohumlarını öldürməkdə şübhəli bilinən silahlı keçmiş polis əməkdaşını axtarır.
Kanalın məlumatına əsasən, 44 yaşlı Yevgeni adlı kişi əvvəlcə həyat yoldaşının atasını qətlə yetirməkdə şübhəli bilinir. Daha sonra onun qadının anasına və nənəsinə də “Sayqa” karabinindən atəş açdığı iddia olunur.
Hadisədən sonra şübhəli şəxs avtomobillə ərazidən uzaqlaşıb. İlkin məlumata görə, onunla birlikdə atası Leonid də gedib.
Baza yazır ki, cinayət boşanma prosesi fonunda baş verib. Məlumata görə, tərəflər əmlak bölgüsü və üç uşağın gələcək tərbiyəsi ilə bağlı razılığa gələ bilməyiblər.
Mənbənin məlumatına görə, şübhəli şəxs avtomobil məktəbinin direktoru işləyir. O, əvvəllər hüquq-mühafizə orqanlarında xidmət edib, lakin sonradan işdən çıxarılıb.
Yerli sakinlərin iddiasına görə, işdən çıxarılmasına səbəb cinayət faktını gizlətməsi olub. Bildirilir ki, 2002-ci ildə həmin şəxsin bir nəfəri döyərək ona orta ağırlıqda bədən xəsarəti yetirdiyi iddia edilib.

