Xəbər verdiyimiz kimi, Abşeronda Toy məclisindən çıxan şəxslərin mübahisəsi faciə ilə bitib.
Denmedia.az xəbər verir ki, hadisə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində fəaliyytət göstərən Şah saray şadlıq evində baş verib.
Məlumata görə, hadisə zamanı 32 yaşlı Cavid Nəsirli , öz tanışı olan qəsəbə sakinləri Tofiq Amanov və Müsül Mirzəyev tərəfindən vəhşicəsinə döyülüb. Ağır xəsarətlər alan Cavid xəstəxanaya çatdırılarkən vəziyyəti ağır olub və bir müddət komada qalıb.Həkimlərin səylərinə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb və o, xəstəxanada vəfat edib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.
Ölümün dəqiq səbəbi və hadisənin bütün halları araşdırmadan sonra məlum olacaq.
Qeyd edək ki, mərhum ailəli olub, bir azyaşlı övladı var.
Nizami Rəsulov

