Ceyranbatan bağlarında faciəvi hadisə baş verib.
Denmedia.az xəbər verir ki, fərdi yaşayış evində 24 yaşlı Məmişov Musa Nazim oğlu dəm qazından zəhərlənərək ölüb.
Hadisə səhər saatlarında qeydə alınıb. Yaxınları tərəfindən evdə halsız vəziyyətdə aşkar olunan gəncin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Nizami Rəsulov
Denmedia.az

