Abşeron rayonunda ağır və faciəvi hadisə baş verib.
DenMedia.az xəbər veri ki, Xırdalanda Hökməli dairəsi adlanan daş sexində sürücü iş zamanı həyatını itirib.
Bədbəxt hadisə zamanı həyatını itirən şəxs Sumqayıt şəhər sakini, 45 yaşlı Ziyad Məmməd oğlu Həsənovdur. O idarə etdiyi “Ford” markalı yük avtomobilinə mərmərdən hazırlanmış qəbirdaşı yükləyərkən bədbəxt hadisənin qurbanı olub. İlkin məlumata görə, daş yükləmə prosesi zamanı tarazlığını itirərək avtomobildən sürüşüb və sürücünün üzərinə düşüb.Hadisə şahidlərinin köməyi ilə zərərçəkən dərhal xəstəxanaya çatdırılıb, lakin həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, ərazi müayinə edilib. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, mərhum Ziyad Həsənov ailəli olub . O, sakit, əməksevər və ailəsinə bağlı insan kimi tanınıb.

