Abşeron rayonunun Ceyranbatan qəsəbəsində toy mərasimində kütləvi dava baş verib.
Denmedia.az xəbər verir ki, hadisə zamanı Cavid adlı şəxsin Tofiq Amanov və Müsül Mirzəyev tərəfindən döyüldüyü bildirilir.
Ağır xəsarətlər alan Cavid xəstəxanaya çatdırılıb. Onun vəziyyəti ağır olub və bir müddət komada qalıb.
Həkimlərin səylərinə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb və o, xəstəxanada vəfat edib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Ölümün dəqiq səbəbi və hadisənin bütün halları araşdırmadan sonra məlum olacaq.

Nizami Rəsulov
Denmedia.az

