Türkiyənin Bodrum şəhərində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində Azərbaycan vətəndaşı İbrahim Şükürov həyatını itirib.
Yerli medianın məlumatına görə, 1988-ci il təvəllüdlü İbrahim Şükürov motosiklet idarə edərkən betonqarışdıran avtomobilin altında qalıb. Hadisənin Yalıkavak–Bodrum yolunda baş verdiyi bildirilir.
Qəza zamanı ağır xəsarətlər alan azərbaycanlıya hadisə yerində ilkin tibbi yardım göstərilib və daha sonra xəstəxanaya çatdırılıb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Betonqarışdıran avtomobilin sürücüsü polis tərəfindən saxlanılıb. Qəzanın dəqiq səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.

