Şəmkir şəhərinin mərkəzində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtomobilin vurduğu qadın xəstəxanada həyatını itirib.
Hadisə şəhərin mərkəzi hissəsində qeydə alınıb.
İlkin məlumata görə, “VAZ-2107” markalı avtomobil yolu keçən orta yaşlı qadını vurub.
Ağır xəsarətlər alan piyada xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hazırda ölən qadının şəxsiyyəti müəyyənləşdirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

