Kardioloq Amara Aladel qırmızı ətin ürəyə zərər verdiyi ilə bağlı yayılan fikri təkzib edib. DenMedia.az xəbər verir ki, La Razon nəşrinə verdiyi müsahibədə mütəxəssis bildirib ki, müasir klinik tədqiqatlar onun istehlakı ilə ürək-damar xəstəlikləri arasında əlaqəni təsdiqləmir.
Kardioloq 2024-cü ildə aparılan tədqiqatı misal gətirib. İş çərçivəsində İndiana Universitetinin (ABŞ) alimləri 20 əvvəlki tədqiqatın meta-analizini aparıb. Tədqiqatçılar könüllülərin qidalanmasında təzə və minimum emal olunmuş mal ətinin miqdarını qiymətləndirib və bu məlumatları iştirakçıların qanındakı “pis” və “yaxşı” xolesterin səviyyəsi ilə müqayisə ediblər.
Nəticədə qırmızı ətin istehlakı ilə trigliseridlər (yağ maddələri), iltihab markerləri və qan təzyiqinin artması arasında heç bir əlaqə aşkar edilməyib.
Dr. Aladelin sözlərinə görə, bu tədqiqatın əsas fərqi ondadır ki, o, əvvəlki müşahidə tədqiqatları kimi olmayıb. Nəşr, diqqətlə planlaşdırılmış klinik sınaqların, kontrol qruplarının və obyektiv ölçümlərin nəzərdən keçirilməsini əhatə edib.