Nar həm mətbəxdə, həm də təbii müalicədə tam istifadə olunan nadir meyvələrdəndir. Onun dənələri, çəyirdəkləri, qabığı və şirəsi faydalı xüsusiyyətlərə malikdir. Mütəxəssislər narın niyə bu qədər dəyərli sayıldığını və ondan maksimum fayda əldə etməyin yollarını xatırladır.
Nar niyə bu qədər qiymətlidir?
Nar ürək-damar sisteminin sağlamlığını qorumağa, qan dövranını yaxşılaşdırmağa və hemoglobinin səviyyəsini artıraraq anemiyanın qarşısını almağa kömək edir. Bu meyvə eyni zamanda zəngin mənbədir:
-
A, C, E, B qrupu və K vitaminləri
-
kalium
-
maqnezium
-
dəmir
-
sink
-
selen
Xüsusilə diqqət çəkən maddələrdən biri yantar turşusudur. Bu maddənin çatışmazlığı xroniki yorğunluq, immunitetin zəifləməsi və iş qabiliyyətinin azalması ilə əlaqələndirilir.
Fayda təkcə dənələrdə deyil
Osteopat həkim İrina Leonidovanın sözlərinə görə, narın ən qiymətli tərəfi onun çəyirdəkləridir. Çəyirdəklər omega-5 adlı nadir çox doymamış yağ turşusu ilə zəngindir. Bu maddə:
-
damarların sağlamlığını qoruyur
-
toxumaların insulinə həssaslığını artırır
-
II tip şəkərli diabet riskini azalda bilər
Bundan əlavə, nar çəyirdəkləri polifenollar, aşı maddələri, kversetinlər və təbii antibiotiklər ehtiva edir. Bu birləşmələr bağırsaqların sağlam mikroflorasını dəstəkləyir və zərərli bakteriyaların çoxalmasının qarşısını alır.
Nar qadınlar üçün nə ilə faydalıdır?

Nar qadın orqanizmi üçün xüsusilə dəyərli məhsul sayılır. O, estrogen hormonlarının tənzimlənməsində iştirak edir. Estrogenlər isə:
-
dərinin vəziyyətinə
-
damarların elastikliyinə
-
sümüklərin möhkəmliyinə
-
yaş artdıqca yağ toxumasının paylanmasına
birbaşa təsir göstərir.
Narı nə qədər yemək olar?
Nar “superfood” sayılsa da, miqdara diqqət etmək vacibdir. Tərkibində fruktoza olduğu üçün istifadə forması önəmlidir.
Endokrinoloq-diyetoloq Olqa Pavlova şirə yerinə bütöv nar yeməyi tövsiyə edir. Çünki şirələr tez-tez əlavə şəkərlə zəngin olur. Optimal miqdar isə:
👉 Gündə 100–200 qram nar dənəsi,
👉 əsas yeməkdən sonra və günün birinci yarısında.
Nar:
-
ürək və damarları qoruyur
-
qadın hormon balansına müsbət təsir edir
-
bağırsaq sağlamlığını dəstəkləyir
-
düzgün miqdarda yeyildikdə güclü fayda verir

