Yaponiyanın Kanto bölgəsinin sakinləri səmada parlaq alov topunun düşməsini müşahidə ediblər. Hadisə yerli vaxtla 20:59-da Tokyo, Kawasaki şəhərlərində, eləcə də Kanagawa prefekturasında müşahidə kameraları və avtomobil qeydiyyatçıları tərəfindən qeydə alınıb.
İşıqlı səma cismi Fuji dağı fonunda uçaraq keçib və bu görüntülər Yaponiyanın sosial şəbəkə seqmentində geniş müzakirələrə səbəb olub. Bolidin uçuşuna dair nadir kadrlar **Nagano**dakı observatoriyadan, həmçinin Tokiodakı liseylərdən birinin meteorologiya dərnəyindən əldə edilib.
Fuji dağının ətəyində yerləşən kəndlərdə və iri şəhər aqlomerasiyalarında çəkilən videolarda alov topunun atmosferin sıx qatlarından keçdiyi anlar aydın görünür.

