Yaponiyanın cənub-qərbində yerləşən Oita prefekturasında güclü yanğını artıq bir həftədir söndürə bilmirlər. Bu barədə NHK telekanalı məlumat verib.
Telekanal qeyd edir ki, sıx tikili və güclü külək səbəbindən 170-dən çox tikili, o cümlədən yaşayış evləri yanıb. Ümumilikdə 108 nəfər təxliyə olunub.
Bildirilib ki, yanğın qonşuluqdakı dağın meşə massivinə də keçib. Hazırda yanğının genişlənməsi müşahidə olunmur, lakin alovun tam nə vaxt söndürüləcəyi məlum deyil.
Hakimiyyət orqanları təxliyə edilənlərə təxminən yüz bələdiyyə mənzili ayırmağı planlaşdırır.
Yanğın şəhərdə 18 noyabr tarixində başlamışdı. Həmin vaxt xəbər verilirdi ki, xilasetmə xidmətləri alovun şəhər məhəllələrinə yayılmasının qarşısını ala bilmirdi. Bundan başqa, yanğın Oita ətrafındakı meşə sahələrini də əhatə etmişdi. Prefektura hökuməti bölgədə Təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması haqqında Qanunun tətbiq olunduğunu elan edib. Qanuna əsasən, dövlət təxliyə sığınacaqlarının saxlanması xərclərini öz üzərinə götürəcək.

