Şəxsiyyətin “kvant sıçrayışı” — insanın yetkinləşməsində mühüm mərhələdir və bu zaman düşüncə tərzində ciddi dəyişikliklər baş verir. Bu barədə 360.ru psixoloq Natalya Rojinaya istinadən yazır. Adətən bu mərhələdən az əvvəl həssaslıq artır, həyatla bağlı narazılıq hissi yaranır, insan sakitlik və tək qalmaq istəyir.
“Kvant sıçrayışı düşüncə dəyişikliyi olmadan mümkün deyil. Bu, dərin daxili yenidənqurmadır. Köhnə identiklik artıq işləmir, yeni isə hələ formalaşmayıb. Bu, nə sehrdir, nə də ani yüksəliş. Bu, insanın şablon üzrə yaşamaqdan imtina edib həyatına real məsuliyyət götürdüyü yetkinləşmə anıdır”, — deyə Rojina izah edib.
Psixoloq qeyd edib ki, şəxsiyyətin kvant sıçrayışından sonra insanlar təkcə dəyişmir, çox vaxt həyatlarını da dəyişirlər, o cümlədən ətraflarını. Onun sözlərinə görə, insan “özünü sıfırlayır və dəyərlərini yenidən qurur”. Məhz bu təcrübədən sonra insanlar boşanmağa, köçməyə, işdən çıxmağa və ya münasibətləri bitirməyə tez-tez qərar verirlər.

