Rumıniyanın “Ziarul de Iași” qəzetinin məlumatına görə, 87 yaşlı Viorel Pintilesku Yaş şəhərində yerləşən Təbiət Elmləri Universitetinə qəbul üçün sənəd verib.
1939-cu il təvəllüdlü pensiyaçı Kənd təsərrüfatı elmləri fakültəsində “biologiya” ixtisası üzrə təhsil almağı planlaşdırır.
Viorel Pintilesku bildirib ki, yenidən oxumaq qərarını həyat yoldaşını itirdikdən sonra verib. Onun bu addımı Rumıniyada böyük maraq doğurub və yaşın təhsil üçün maneə olmadığını göstərən nümunə kimi qiymətləndirilib.
Qeyd edək ki, aprel ayında Tolo News portalı dünyanın ən yaşlı insanının Əfqanıstanın Xost əyalətində yaşayan şəxs ola biləcəyini yazmışdı. Məlumata görə, Akel Nazir adlı həmin şəxsin təxminən 140 yaşı olduğu ehtimal edilirdi.
O, jurnalistlərə Əfqanıstanın Böyük Britaniyadan müstəqillik qazandığı dövrdə təxminən 30 yaşında olduğunu, həmçinin Əfqanıstan kralı Amanulla xanın hakimiyyəti illərini və müstəqillik bayramının qeyd olunmasını xatırladığını bildirib.

