Onkoloq Yevgeniya Bejanova bildirib ki, insanı xərçəngdən qoruyan konkret bir qida məhsulu yoxdur.
Həkim Life.ru-ya müsahibəsində qeyd edib ki, giləmeyvələr və xaççiçəklilər fəsiləsinə aid bəzi bitki mənşəli məhsullar potensial xərçəng əleyhinə xüsusiyyətlərə malik ola bilər. Bununla belə, laboratoriya şəraitində əldə edilən ayrı-ayrı nəticələr müəyyən bir məhsulun qəbulunun insanı xərçəngdən mütləq qoruyacağı anlamına gəlmir.
Bejanovanın sözlərinə görə, real faydanı ayrı-ayrı məhsullar deyil, ümumi qidalanma tərzi, artıq çəkinin olmaması və müntəzəm fiziki aktivlik verir.

Mütəxəssis həmçinin alkoqol və emal olunmuş ət məhsullarının qəbulunu azaltmağı tövsiyə edib. Onun sözlərinə görə, kolbasa, sosis, bekon və vetçina kolorektal xərçəng riskinin artması ilə əlaqələndirilir.
Bununla yanaşı, qırmızı əti tamamilə rasiondan çıxarmağa ehtiyac yoxdur. Onkoloq onu mötədil miqdarda qəbul etməyi məsləhət görüb.
Həkim həmçinin qızardılmış, xüsusilə yanmış və üzərində qara qabıq yaranmış ətin qəbulunu minimuma endirməyə çağırıb.

