Onkoloq Uilyam Li xərçəngin profilaktikası üçün dörd məhsulun adını açıqlayıb. Onun sözlərini Daily Mirror nəşri sitat gətirib.
Həkim bildirib ki, mikroskopik xərçəng hüceyrələri daim yaranır, lakin onlar təhlükəli olmur, çünki immun sistemi onları dərhal məhv edir. Əsas risk isə orqanizmin müdafiə mexanizmləri zəiflədikdə və ya siqaret çəkmə və tez-tez günəş altında qalma kimi səbəblərdən xroniki iltihab yarandıqda ortaya çıxır.

“Qida xərçəngdən qorumur. Bunu dəqiqləşdirmək istəyirəm. Qida sadəcə orqanizmin xərçəng hüceyrələri və iltihabla mübarizə qabiliyyətini gücləndirir”, — deyə Uilyam Li vurğulayıb.
Onun sözlərinə görə, bu xüsusiyyətlərə malik məhsullar arasında soya, pomidor, alma və giləmeyvələr yer alır.

Həkim izah edib ki, bu qidalarda vitaminlər, polifenollar və antioksidantlar çoxdur və bunlar immun sisteminin düzgün işləməsi üçün vacibdir.

