Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında rəhbərlik dəyişikliyi baş verib. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Əməkdar artist Oleq Əmirbəyov teatrın direktoru vəzifəsinə təyin olunub.
Oleq Əmirbəyov bu təyinatadək mədəniyyət nazirinin müşaviri vəzifəsində çalışırdı.

