Bakıda 4–9 may tarixlərində “Qızıl Şah” beynəlxalq kulinariya çempionatı keçiriləcək.
DenMedia.az xəbər verir ki, bu barədə Report məlumat yayıb.
Tədbir Bakı Ekspo Mərkəzində baş tutacaq və artıq hazırlıq işlərinə start verilib.
Məlumata görə, çempionatda Türkiyə, İsveç, İtaliya, Almaniya, ABŞ, Şotlandiya, Xorvatiya, Sloveniya, Rusiya, Serbiya, Özbəkistan, Belarus, Qazaxıstan, Rumıniya və Pakistan daxil olmaqla bir çox ölkədən qonaqların iştirakı gözlənilir.
Xarici iştirakçıların nəqliyyat xərcləri qarşılanacaq və onlara “Azərxalça” tərəfindən hazırlanmış sertifikatlı suvenir xalça hədiyyə ediləcək.

