"Dünlərdə qalan uzun yol" və “Baharın on yeddi anı” layihələrində çəkilən aktyor Paul Butkeviç ömrünün 86-cı ilində vəfat edib.
Sənətçi son günlərini Latviyanın Yekabpils şəhərindəki xəstəxanada keçirib. Mənbənin məlumatına görə, Butkeviç ardıcıl olaraq bir neçə infarkt və insult keçirib. Son illərdə aktyorun ağır xəstə olduğu və əlil arabasından qalxa bilmədiyi qeyd olunur.
Paul Butkeviç 13 mart 1941-ci ildə Riqada anadan olub. O, Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin aktyorluq fakültəsini bitirib.
1960-cı illərdə Butkeviç Riqa kinostudiyasının aktyoru olub, daha sonra Latviya, Litva, Estoniya kinostudiyalarında və “Mosfilm”də çalışıb.
Aktyora geniş şöhrət gətirən rollardan biri əfsanəvi “Baharın on yeddi anı” filmində gestapo əməkdaşı Klaus obrazı olub.

O, həmçinin “Ruhən güclülər”, “Müqəddəs Lukanın qayıdışı”, “Qırmızı kapella”, “Vaterloo”, “Qardemarinlər, irəli!”, “Vivat, qardemarinlər!” və digər filmlərdə çəkilib.
Ümumilikdə aktyorun filmografiyasında 45-dən çox kino işi var.

Butkeviç eyni zamanda Latviya Kinematoqrafçılar İttifaqının idarə heyətinin katibi və sədr müavini olub. O, 2007-ci ildən sonra kinoda çəkilməyib.

