Binəqədi rayonu Rəsulzadə qəsəbəsində ev sahibi və kirayəçi arasında mübahisə düşüb.
Den.az xəbər verir ki, kirayəçi Həsən Qurbanov 13 ildir yaşadığı evin ona aid olmasını iddia edir. Ev sahibi Samirə Orucova bildirib ki, Həsən Qurbanov yanvar ayından etibarən kirayəni verməkdən və evdən çıxmaqdan imtina edir:
"13 ildə hər zaman kirayə pulunu vaxtlı-vaxtında verib. Mən bu ilin yanvar ayında onlara oğlumu evləndirəcəyim üçün evi satmaq istədiyimi dedim və evdən çıxmalarını istədim. Elə həmin gündən də bizim davamız başlayıb. Həsən Qurbanovun əlində heç bir sənəd olmadığı halda evimin ona aid olduğunu iddia edir və evimdən çıxmır”.
Daha ətraflı "Real TV"nin süjetində:
Bakıda kirayəçi qaldığı evi mənimsəmək istəyir - VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.