Türkiyəli müğənni Demet Akalın başına gələn hadisə ilə gündəm olub.
“Den.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, kirayəçisi ilə yaşadığı problemə çarə tapa bilməyən müğənni evini satmaq qərarına gəlib.
Belə ki, bir müddətdir kirayəçisi ilə problem yaşayan D.Akalın ondan evi boşaltmasını xahiş edib. Lakin həmin şəxs evdən çıxmaq istəməyib.
Müğənni də çarəni evi satmaqda görüb: “Kirayəçim evdən çıxmır, amma ev bazar ertəsi satılır. İlk aldığım evlərdən biri idi. Mən o evi model kimi işləyərək almışam”.
Akalın bir neçə ay öncə də həmin kirayəçi ilə bağlı açıqlama vermişdi.
“Mənim evimdə kirayəçim 5 min lirəyə yaşayır. İndi o pula bir yerdə yemək yeyə bilərsən”,- sənətçi bildirmişdi.
Kirayəçisi çıxmadığı üçün evini satır

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.