Abşeron rayonun Mehdiabad qəsəbəsində bir qrup sakin aylardır su üzünə həsrət qalıb.
"Den.az" xəbər verir ki, bu barədə ərazidən yaşayan sakinlər məlumat veriblər.
Onların sözlərinə görə Abşeron rayonun Mehdiabad qəsəbəsində Niyazi küçəsinin sakinləri susuzluqdan əziyyət çəkir. Küçənin bir tərəfinə su xətti çəkilsədə, lakin digər tərəfində yaşayan sakinlər üçün suyun verilməsi müqabilində hər vətəndaşdan 300 manat pul tələb olunur. Sakinlərdə məcbur qalıb gündəlik içməli suyu mağazalardan litirlik qablarla öz vəsaitləri hesabına alırlar.
Mövcud vəziyyət bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Sistemi PHŞ nəzdində Baglar Sukanal idarəsindən Den.az-a bildirilib ki, qeyd edilən su xəttləri digər vətəndaşın həyətyanı sahəsindən keçdiyi üçün, həmin vətəndaş tərəfindən kəsilib. Məhz bu istiqmətdə tərəfimizdən su xəttinin bərpası üçün həmin vətəndaşla danışıq aparılmaqla yanaşı, qeyd edilən ərazinin eskiz layihəsi hazırlanıb və su xəttinin vətəndaşın həyətanı sahəsindən çıxarılaraq kənar ərazi ilə aparılması tezliklə təmin ediləcək.
Çox maraqlı məqam var. Məgər sözü gedən idarənin həmin ərazidə xidmət aparan əməkdaşı yoxdur? Varsa niyə bu günə kimi sakinlərin acınacaqlı vəziyyətinə biganə yanaşıb? İdarə rəhbərliyinin aylardır bu məsələdən niyə xəbəri yoxdur? Demək ki, sözü gedən şəxsin ya ərazisindən xəbəri yoxdur, ya da ki, yerində olan rəhbər deyil...
Mövzuya yenidən qayıdacağıq...
Mehdiabadın bu küçəsində sakinlər susuz qalıb? AÇIQLAMA

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.