Abşeron rayonunda əhaliyə verilən içməli su kəsilib.
Bu barədə "Den.az"-ın qaynar xəttinə məlumat daxil olub.
Belə ki, Heydər Əliyev prospekti, Tofiq İsmayılov , Memar Əcəmi , şəhid Vüsal Xəlilov və digər ərazidə yaşayan yüzlərlə abonent iki gündür susuz qalıb.
Sakinlər bildiriblər ki, Zəfər Günü də daxil olmaqla iki gündür əhaliyə verilən içməli su tamamilə kəsilib. Hər kəs marketlərdən su alaraq evlərə daşıyır. Dəfələrlə (012) 3421129 və 955 qaynar xətt nömrəsi ilə əlaqə saxlasalarda, onlara cavab verən tapılmır. Abşeron Su Meliorasiya İdarəsindən isə ümumiyyətlə bu haqda heçnə düşünmür. Narahat qalan əhali sosial şəbəkələrdə də bu haqda məlumatlar paylaşırlar.
Sakinlərin sözlərinə görə, İri şəhərlərin su təchizatı idarəsindən bildirilib ki, sözü gedən ünvanlarda su təzyiqi aşağıdır. Ona görə mənzillərə suyun verilməsi mümkün deyil.
Çox maraqlıdır və ortaya belə bir sual çıxır. İsti yay günlərində bu ərazidə yaşayan əhali içməli su sarıdan korluq çəkmədiyi halda, niyə bu günlərdə sakinlər susuz qalıb? İdarə rəisi Etibar Nəbiyev və onun işçilərinin sadə vətəndaşlarla nədir alıb verə bilmədiyi? Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun etimad göstərib təyin etdiyi Etibar Nəbiyev deyəsən bu etimadı doğrulda bilmir axı. Rəhmətlik Xalq şairimiz Qabilin dediyi kimi "Müsibət oluruq biz səhv düşəndə yerimiz".
Günəş Fərəh
Den.az
Abşeronda yüzlərlə ailə susuz qalıb: BƏS AİDİYYATI QURUM HARDADIR?...

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.