Su xətləri çəkilib, sayğaclar quraşdırılıb, hətta müəyyən vaxt mənzillərə su da verilib. Ancaq bir neçə aydır ki, sakinlər içməli su üzünə həsrət qalıblar. Görüntülər Abşeron rayonu Qobu qəsəbəsindəndir.
Sakinlərin iddiasına görə, yalnız xüsusi sifarişlə avtomobillər əraziyə su gətirir. Suyu pulla almaq isə həm büdcələrinə ziyan verir, həm də istifadəyə yetmir. Ona görə də, ay ərzində ən azı 3-4 dəfə su almaq məcburiyyətində qalırlar. Aidiyyatı qurumlar isə problemi həll etmək əvəzinə boş vədlər verməklə kifayətlənirlər.
Vətəndaşlar bildirirlər ki, öz hesablarına əraziyə su xətti çəkdiriblər və hətta aidiyyatı qurum tərəfindən mənzillərə sayğaclar da quraşdırılıb. Lakin heç bir səbəb göstərilmədən suyu kəsiblər. Onlarayalnız su xəttlərinin böyüdüləcəyi deyilib. Amma nə xətlər yenilənir, nə də mənzillərə suyun verilişi bərpa olunur.
Mövcud vəziyyətlə bağlı Abşeron Su və Meliorasiya Sistemlərinin istismarı idarəsindən Denaz.tv-ə problemdən xəbərdar olduqlarını bildiriblər.
Daha ətraflı videoda:
Qobuda 500 ailə su üzünə həsrətdir : ONLARI BU VƏZİYYƏTƏ SALAN KİMLƏRDİR?-VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.