Sumqayıtda Azərbaycan Prezidenti İlham Əliyevin doğum gününə həsr olunan "Nəsillərin rəngli dialoqu" mövzusunda rəsm sərgisi keçirilib.
Sərgidə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin sədr müavini Ziyafət Əsgərov, millət vəkili Səbinə Salmanova, İmamverdi İsmayılov, Tahir Mirkişili, eləcə də digər parlament üzvləri, idarə, müəssisə və təşkilat rəhbərləri, Respublikanın tanınmış rəssamları, incəsənət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Öncə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri və digər qonaqlar gənc rəssamların əl işlərindən ibarət sərgiyə baxış keçiriblər. Daha sonra ölkə başçısı İlham Əliyevin Prezidentlik dövrünü əhatə edən geniş videoçarx nümayiş olunub.
Sərginin təşkilatçılarından olan Sumqayıt şəhərindən seçilən millət vəkili Səbinə Salmanova çıxış edərək Ali Baş Komandan, Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib, dövlətimizin daha da möhkəmlənməsi və inkişaf etməsi, xalqımızın rifahının yüksəlməsi naminə dəyərli fəaliyyətində yeni uğurlar arzulayıb. Millət vəkili bildirib ki, Prezident İlham Əliyev öz ad günlərini xüsusi mərasimsiz, təntənədən uzaq qeyd edib. Vətən Müharibəsindəki tarixi qələbədən sonra isə Prezident öz ad günündə doğma yurdlarına qayıtmış insanlarla görüşür, onların yanında olmağa üstünlük verir. Hazırda isə ən böyük amalımız Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını həyata keçirməkdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu məsələnin də uğurlu həllini tapacağına heç bir şübhə yoxdur. Səbinə Salmanova Sumqayıtının sürətli inkişafından da söz açıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin Sumqayıtın şəhər kimi fornalaşmasında və inkişafında xüsusi xidmətləri olub. Bu gün Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir və Sumqayıt Ulu Öndərin görmək istədiyi bir şəhərə çevrilib.
Tədbirdə çıxış edən Milli Məclisin sədr müavini Ziyafət Əsgərov rəssamlıq sərgisinin təşkilatçılarına təşəkkürünü bildirib. Prezident İlham Əliyevin doğum günü ilə bağlı təşkil edilən silsilə tədbirlərin çox böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Sərgidə nümayiş olunan rəsmlərin böyük əksəriyyətinin Vətən Müharibəsindən və hərbçilərimizin qəhrəmanlıqlarından bəhs etdiyini deyən millər vəkili, bunun gənc nəslin şüurunda dərin iz buraxdığına diqqət çəkib. Ziyafət Əsgərov Sumqayıtın ən müasir şəhərə çevrildiyini xatırladıb və bu işdə İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun xüsusi əməyini diqqətə çatdırıb. Rahat və təhlükəsiz bir cəmiyyətdə yaşamağımız, belə tədbirlər keçirə bilməyimizə görə, başda Prezident İlham Əliyev olmaqla, şəhidlərimizə və qazilərimizə borclu olduğumuzu deyib.
Rəssamlar ittifaqının sədri Fərhad Xəlilov isə öz çıxışında Azərbaycan rəssamlarının hər zaman ictimai həyatda fəal iştirak etdiyini bildirib. Ölkə başçısını doğum günü münasibətilə təbrik edib. Vurğulayıb ki, İlham Əliyev öz əməli və verdiyi sözü yerinə yetirməsi ilə dahi siyasi xadim olduğunu bütün dünyaya sübut edib.
Sərgidə çıxış edən Xalq şairi Sabir Rüstəmxanlı bu sərginin təşkilinin Prezident İlham Əliyevə olan hörmət və ehtiramın ən gözəl nümunəsi kimi xarakterizə edib. Prezident İlham Əliyevin Heydər Əliyev məktəbini keçdiyini deyən Sabir Rüstəmxanlı, bu məktəbin uğurlarının göz qabağında olduğunu diqqətə çatdırıb.
Sərgidə yekun nitqi söyləyən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Prezident İlham Əliyevin doğum gününü həm öz adından, həm də sumqayıtlılar adından təbrik edib. Ölkə başçısına çətin, məsuliyyətli və şərəfli işində uğurlar arzulayıb. Zakir Fərəcov Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi ilə Azərbaycanda hökm sürən xaosun qarşısını aldığını və ölkəni parçalanmaq təhlükəsindən xilıas etdiyini diqqətə çatdırıb. Ulu Öndərin müasir Azərbaycanın memarı olduğunu vurğulayıb. Onun layiqli davamçısı Prezident İlham Əliyevin bütün sahələrin inkişafında çox böyük işlər gördüyünü xatırladıb. Bunun pik nöqtəsinin isə Qarabağda yazılan şanlı tarix olduğunu vurğulayıb. Sumqayıt şəhərinin inkişafı ilə bağlı da Prezident İlham Əliyevin çox böyük işlər gördüyünü deyən Zakir Fərəcov, yeni sənaye zonalarının yaradılmasını xüsusilə diqqətə çatdırıb. Sumqayıtın Cənubi Qafqazın ikinci strateji sənaye muəssisəsinə çevrildiyini bildirib.
Çıxışlardan sonra sərgidə rəsm əsərləri nümayiş olunan bir sıra gənc rəssama diplom və hədiyyələr təqdim edilib.
Sumqayıtda "Nəsillərin rəngli dialoqu" mövzusunda rəsm sərgisi keçirilib-VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.