29 
dek
2023
09:01
266

Sumqayıtda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd olunub-FOTO/VİDEO

29 dek, 2023
09:01
266

Sumqayıtda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd olunub-FOTO/VİDEO

Sumqayıt şəhərində “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il” münasibətilə ümumşəhər bayram tədbiri keçirilib.

Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının, müəssisə, idarə və təşkilatların rəhbərləri, şəhid ailələri və qazilər, ictimayət nümayəndələri iştirak ediblər.

Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov sakinləri, tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi əhəmiyyətindən, Azərbaycan xalqının milli həmrəyliyinin formalaşmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb.

Qeyd olunub ki, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik gününün bayram kimi qeyd olunması ilə bağlı tarixi qərar 1991-ci il dekabr ayının 16-da Ümummilli Lider Heydər Əliyev tərəfindən verilib. 31 dekabr uzun illərdən bəri həsrətində olduğumuz milli birliyin yaradılması, bu birliyin ana xəttini müəyyənləşdirən azərbaycançılıq ideyasının formalaşmasının başlanğıcı idi. Əslində bu bayramla müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında ideoloji birliyin təməli qoyuldu.

Şəhər rəhbəri Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə olunmuş şanlı qələbədən danışıb, Azərbaycan xalqının öz qəhrəmanları ilə daim fəxr etdiyini vurğulayıb. Bildirib ki, 2020-ci il sentyabrın 27-dən başlanan, 44 gün davam edən və işğal altında olan torpaqlarımızın azad edilməsi ilə başa çatan Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə davamlı tərəqqinin təmin edildiyini bildirən Zakir Fərəcov 2023-ci ilin Sumqayıt üçün də uğurlu olduğunu qeyd edib. Şəhər rəhbəri 2023-ci ildə Sumqayıtda görülən işlər, əldə olunan nailiyyətlər, həyata keçirilən irimiqyaslı layihələr haqqında məlumat verərək, Sumqayıt sakinlərinə firavan həyat arzulayıb.

Sonra şəhərin sosial-iqtisadi həyatında səmərəli fəaliyyətinə görə fərqlənən bir qrup şəxsə İcra Hakimiyyətinin fəxri fərmanları təqdim edilib. Eləcədə Prezident İlham Əliyevin sərəncamı ilə təltif olunan Sədaqət Əsədovaya tərəqqi medalı təqdim edilib.
Bayram şənliyində respublikanın tanınmış incəsənət nümayəndələri konsert proqramı ilə çıxış ediblər.

Nizami Rəsulov
Denaz.Tv

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar