Xaçmazda qatarla avtomobil toqquşub.
“Denmedia.az” xəbər verir ki, hadisə rayonun Nərəcan kəndindəki dəmir yolu keçidində baş verib.
Belə ki, “VAZ” markalı avtomobili hərəkətdə olarkən qatar vurub. Nəticədə avtomobilin sürücüsü, Xaçmaz rayon Ağtala kənd sakini 2004-cü il təvəllüdlü Səid İlham oğlu Çələbiyev ağır bədən xəsarətləri alaraq hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.

