Xaçmaz rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.
Den.az-ın şimal bürosu xəbər verir ki, hadisə Gəndab-Yalama yolunun Xaçmazın Nərəcan kəndindən keçən hissəsində qeydə alınıb.
Rayonun Nərəcan kənd sakini, 27 yaşlı Azər Yadulla oğlu Ədilovun idarə etdiyi"Vaz-2107" markalı avtomobil Xaçmaz şəhər sakini, 43 yaşlı Bəşir Fərasət oğlu Əlixanovun idarə etdiyi "KAMAZ" markalı yük maşını ilə toqquşub.
Nəticədə yük maşınının sürücüsü xəsarət alıb, digər sürücü Azər Ədilov isə yerindəcə ölüb.
Qəzanın səbəbləri araşdırılır.
Xaçmazda AĞIR QƏZA - Bir ölü, bir yaralı var

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.