2026-cı ilin yanvar - mart ayları ərzində orta aylıq nominal əməkhaqqı artıb.
Denmedia.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb
Məlumata görə, cari ilin yanvar - mart ayları ərzində orta aylıq nominal əməkhaqqı 1 min 151,5 manat təşkil edib.
Bu isə 2025-ci ilin müvafiq dövrünə nisbətən 6,2 faiz artım deməkdir.

