Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, "Milenium Konqres Turizm" şirkətinin rəhbəri, turizm mütəxəssisi Ruslan Quliyev vəfat edib.
DenMedia.az Bizim.media-ya istinadən xəbər verir ki, o, İsmayıllı rayonunda qəfil infarkt keçirib.
Ruslan Quliyev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Mərhumun cənazəsi Bakıya gətirilir.
Qeyd edək ki, Ruslan Quliyev Azərbaycanda turizm sahəsinin inkişafında fəal iştirakı ilə tanınırdı və uzun illər müxtəlif layihələrə rəhbərlik edib.

