İyunun 14-də Azərbaycanda bəzi bölgələrdə qeyri-sabit hava şəraitinin davam edəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyunun 12-dən 17-dək ölkə rayonlarının bəzi yerlərində hava şəraiti fasilələrlə yağıntılı olacaq.
Ayrı-ayrı ərazilərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal edilir. Xüsusilə bəzi dağlıq və dağətəyi rayonlarda yağıntının nisbətən güclənəcəyi gözlənilir.
Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
Sürücülərə, dağlıq və dağətəyi ərazilərdə yaşayan sakinlərə, eləcə də səfərə çıxmağı planlaşdıran şəxslərə hava şəraitini nəzərə almaq, ehtiyatlı davranmaq və rəsmi xəbərdarlıqları izləmək tövsiyə olunur.

