Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyunun 16-da Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20–25°, gündüz 30–35° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu, nisbi rütubət gecə 70–75%, gündüz 45–50% təşkil edəcək.
Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz olacaq. Lakin gündüz saatlarında əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu aran rayonlarında gecə 19–24°, gündüz 32–37°, dağlarda gecə 13–18°, gündüz 20–25° isti olacaq.

