Milli Hidrometeorologiya Xidməti 20-22 iyun tarixlərində gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq elan edib.
Məlumata görə, 20 iyun gündüz saatlarından etibarən ölkənin bir sıra rayonlarında şərq küləyinin sürətinin 13,9-20,7 m/saniyəyə çatacağı gözlənilir.
Sarı xəbərdarlıq Naxçıvan Muxtar Respublikası, eləcə də Bərdə, Tərtər, Yevlax, Ağdam, Ağcabədi, Beyləqan, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Neftçala, Salyan, Saatlı, Sabirabad, İmişli, Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Kəlbəcər, Laçın, Füzuli, Cəbrayıl, Zəngilan, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Göygöl, Hacıqabul və Samuxda elan edilib.
Bakı və Abşeron yarımadası, həmçinin Mingəçevir, Gəncə, Naftalan, Goranboy və Daşkəsəndə isə narıncı xəbərdarlıq qüvvədə olacaq.
Bu ərazilərdə şimal-qərb küləyinin sürətinin 20,8-28,4 m/saniyəyə çatacağı proqnozlaşdırılır.

