İran ölkənin İsfahan və Nətənz şəhərlərində yerləşən iki əsas nüvə mərkəzi arasında yeni obyekt inşa edir.
Denmedia.az xəbər verir ki, bu barədə Vaşinqtonda yerləşən Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutu (ISIS) yeni peyk görüntülərinin təhlilinə əsaslanaraq “X” sosial şəbəkəsində məlumat yayıb.
Ekspertlərin məlumatına görə, Tehran Behcətabad yaşayış məntəqəsi yaxınlığında yerin dərinliklərində yerləşən obyektin ətrafında qoruyucu hasarın tikintisinə başlayıb.
Sözügedən obyekt hər iki nüvə kompleksindən təxminən 65 kilometr məsafədə yerləşir.
Qeyd edək ki, Nətənz İranın uranın zənginləşdirilməsi üzrə məlum olan ən böyük mərkəzi hesab edilir.

